Rəqəmsal Biznes · Üç tətbiqin ortaq nişanı

Biznesini tək tətbiqlə rəqəmsallaşdır.

Müştərilər rəqəmsal yetkinliyini görsün: Rəqəmsal Biznes nişanı iş proseslərini rəqəmsal alətlərlə idarə edən müəssisələri işarələyir.

Nişan nədir? Rəqəmsal Biznes nişanı müştəri xəritəsində və biznes səhifəndə görünür; müştəri hələ qapıdan girməmiş qarşısında rəqəmsal işləyən biznes olduğunu bilir.

Tək məhsulla rəqəmsallaşma

WashPro, OtoparkPro və ArenaPro biznesini addım-addım rəqəmsallaşdırır — hamısı tək tətbiqin içində:

QR ilə rəqəmsal qəbz və müştəri izləməsi
Canlı məlumat ekranı (TV lövhəsi)
Vebdə biznes səhifəsi və xəritədə görünürlük
Rəqəmsal qeydlər, kassa və hesabatlar

Nişan necə qazanılır?

Tətbiqdəki bütün rəqəmsal addımları tamamlayan biznes nişanı qazanır. Bu addımların hər biri görünürlüyünü artırır və biznesini rəqəmsallaşdırır — nişan bunun müştəriyə görünən sübutudur. Bir dəfə qazanılır, itmir.

Harada görünür?

Müştəri xəritəsində, biznes səhifəndə və tətbiqin içində.

Nişanını saytına və Instagram-a əlavə et

Xəritədə görünən hər WashPro və OtoparkPro müəssisəsi pulsuz nişan alır: sayt üçün bir sətir kod, Instagram üçün keçid və hekayə şəkli. Toxunan müştəri səni xəritədə tapır.

Nişanını al →

Tətbiqini seç, ilk addımı bu gün at.

WashPro OtoparkPro ArenaPro